Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / BDYP-də ciddi qanun pozuntuları aşkarlanıb – Rəisdən sonra növbə kimindir?

BDYP-də ciddi qanun pozuntuları aşkarlanıb – Rəisdən sonra növbə kimindir?

Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurlulmasının” əsl səbəbi bəlli olub.

BakuPost xəbər verir ki, onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi bardə qərar da bu yoxlamalar vaxtı verilib.

Mövzunu diqqətdə saxalayacağıq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …