Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Aktual / BDU tələbələrindən rektora: – “Ən azı bir il belə qalsanız, nəzir verəcəyik”

BDU tələbələrindən rektora: – “Ən azı bir il belə qalsanız, nəzir verəcəyik”

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin yataqxanasına baş çəkib, tələbələrlə görüş təşkil etmişdi. Həmin görüşdə tələbələr bəzi problemlərini birbaşa rektorun nəzərinəı çatdırmışdı.

Rekktorun göstərişi ilə yataqxanadan yeniliklər olub.

Open.az xəbər verir ki, bu barədə yataqxanada yaşayan tələbələr məlumat verib:

“Üzümüzə gün doğub. Təzə qaz plitəmiz, televizorumuz, stol-stulumuz, ümumi istifadə edilən təmirli otağımız var, dedilər, istilik cihazı, sonra isti suyumuz da olacaq.

Rektor Elçin müəllim təxminən 10 gün əvvəl yataqxanamıza gəlmişdi. Problemlərimizin həllinə də söz vermişdi. Bəziləri inansa da, çoxumuz inanmamışdıq. Görəndə ki, ümumi otaq düzəlir, televizor, stollar verilir, qaz plitəsi qoyulur, sevindik. Doğrusu, hələ də inanmağımız gəlmir. Bizlə görüşəndə, şəkil çəkdirəndə, yaymamağı, reklamı sevmədiyini demişdi rektor. Sadə adam idi. Amma onun tez bir vaxtda elədiyi bu şeylər əsl diqqətə layiqdi. Bizi başa düşən, can yandıran rektor ümidlərimizi artırdı. Sağ olun, əziz rektor, heç dəyişməyin, sadə qalın. Unimzin buna ehtiyacı var. Demişdiniz ki, kirayədə qalmısınız. Ona görə bizə acıdınız yəqin. Pəncərələrimizə tor da versəniz, lap yaxşı olar. Siz dəyişməsəniz, ən azı bir il belə qalsanız, nəzir verəcəyik”.

Həmçinin oxuyun

Rayonlar pulu hardan alacaq? – ŞƏRH

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində Azərbaycanın 40 şəhər va rayonunun gələn ildən öz …