Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / BDU-nun yeni rektor əvəzi vəzifəsinin icrasına başlayıb
????????????????????????????????????

BDU-nun yeni rektor əvəzi vəzifəsinin icrasına başlayıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru əvəzi təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

O, dekabrın 24-də universitetin prorektorları və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.

Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

 

Həmçinin oxuyun

Şuşaya təyin edilən xüsusi nümayəndə Aydın Kərimov kimdir?

Prezident İlham Əliyevin Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovun bioqrafiyası ictimaiyyət üçün maraq …