Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / BDU-nun yataqxanasında daha 2 tələbənin halı pisləşdi

BDU-nun yataqxanasında daha 2 tələbənin halı pisləşdi

Bakı Dövlət Universitetinin yataqxanasında yenə tələbələrin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iki tələbə vəziyyəti pisləşdiyi üçün səhər saat 08:15-də Təcili Tibbi Yardıma müraciət edib.

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır.

Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …