Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / BDU-nun rektoru halı pisləşən tələbələr haqda danışdı

BDU-nun rektoru halı pisləşən tələbələr haqda danışdı

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr haqqında danışıb. O, hadisənin BDU-nun yataqxanasında deyil, tələbələrin kirayə qaldıqları evdə baş verdiyini deyib. Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ”Çünki bu hamıya psixoloji təsir göstərir. Bu gün xəstəxanaya aparılan tələbələrrdən biri bizim, digəri isə başqa universitetin tələbəsidir”.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrə verilən yemək kartı və universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ”Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bir-birinə bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini istəyirik”. (Report)

***12:07

BDU-nun iki tələbəsinin halı universitetin yataqxanasında deyil, Zahid Xəlilov, 54 ünvanında yerləşən “kirayə mənzildə” pisləşib. Hər halda onlar aparıldıqları xəstəxanada belə deyiblər. Məlum olub ki, halı pisləşənlə xalaqızlarıdır və onlar birotaqlı mənzildə kirayə qalırlar.

***11:00

Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib. Həmin yataqxana olduca bərbad vəziyyətdədir, istismara yararsız haldadır və zirzəmisi siçovullarla doludur. Siçovullar yataqxananın dəhlizlərində dolaşır və sosial şəbəkələrdə yayılan məlumatlara görə zəhərlənmənin səbəbi də məhz onlar ola bilər. Belə ki, yataqxanaya siçvullara qarşı zəhərli pereparatlar səpilir və gəmiricilər bu zəhəri otaqlara, tələbələrin əşyalarına və ərzaqlarına yaya bilərdilər. Nəticədə isə təhlükəli infeksiya baş qaldırması mümkündür. Həyatını itirən tələbə qızda müşahidə olunan simptomlar da zəhərlənmə ilə uyğun gəlmirdi, gənc qızın ağzından qan gəldiyi məlum olmuşdu. Hansı ki, qida zəhərlənməsində belə simptom müşahidə olunmur.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …