Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb

BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, 1941-ci il təvəllüdlü Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. 2007-ci ildə “İlin müəllimi” fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də BDU-nun əməkdaşlarına fəxri adların verilməsi haqqında imzaladığı sərəncamla Fazil Qulam Mirzə oğlu Vahidov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …