Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar
Əliyev millət vəkilləri Kamilə Əliyeva və Jalə Əliyevanı debata
çağırıb.
Buna
səbəb ekspertin Bakı Dövlət Universiteti haqqında yazdıqlarını böhtan
adlandırmaları ilə bağlıdır. Etibar Əliyev buna cavab olaraq bildirib:
“Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin
Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə
çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən
gender bərabərliyini qorumağa çalışıblar. Mənim bu iki xanıma bir ədəd
sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə
müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu.
İkincisi, bu xanımlara bir ədəd də təklifim var: Hər ikinizi istənilən
televiziyada və istənilən qəzetdə debata çağırıram. İstəyirsiniz cüt
gəlin, istəyirsiniz tək.
Sizdən sualıma və təklifimə cavab gözləyirəm”. (Yenisabah.az)
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …