Cümə , Aprel 23 2021
Ana səhifə / Aktual / BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

“Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu BDU tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib”.

Bunu  BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.

O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib: “Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək”/APA. 

Həmçinin oxuyun

Oqtay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən …