Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Aktual / “BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” – Rektor

“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” – Rektor

Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər də var.

” Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: “Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim təhsil sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.REK

Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər.

E.Babayev onu da əlavə edib ki, bu gün Azərbaycanın söz azadlığı sahəsində çox böyük uğurları var: “Nə qədər gözü götürməyən qüvvələr olsa da, qara yaxmağa çalışsalar da, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur”.

Həmçinin oxuyun

Düşmən daha bir tarixi abidəmizin “erməni kilsəsi” adı altında “bərpası”na başladı-FOTOLAR

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xocavənd rayonunun Tuğ kəndində daha bir tarixi abidəmiz …