Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Aktual / BDU-da 2 prorektor işdən çıxarıldı

BDU-da 2 prorektor işdən çıxarıldı

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, Ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən, vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib. Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Həmçinin oxuyun

MQF-nin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri onlayn müzakirə edildi

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 23 fevral 2020-ci il tarixində “Vətəndaş cəmiyyətinin inkişafı və …