Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “BBC” qarlı Laçın şəhərinin son görüntülərini yaydı

“BBC” qarlı Laçın şəhərinin son görüntülərini yaydı

Azərbaycan ordusu bu gecə Laçına girəcək. Rayonun Azərbaycana təhvil verilməsinə saatlar qalmış Laçında yaşayan ermənilər buranı tərk etməkdədir.
Moderator.az xəbər verir ki, bu haqda “BBC” kanalı məlumat və video-görüntü yayıb.
Onlar rayondan çıxarkən mal-qaranı özü ilə aparır, ağacları kəsir və evləri yandırır.Azərbaycana təhvil verilməsindən əvvəl Laçın şəhərində evlərin yandırıldığı görünür.  Laçın rayonu noyabrın əvvəlində Azərbaycan, Rusiya və Emrənistan liderlərinin birgə imzaladığı bəyanatla Azərbaycana geri qaytarılan sonuncu rayondur.
Bundan əvvəl bəyanata uyğun Ağdam və Kəlbəcər Azərbaycana geri verilib.Laçın rayonu Azərbaycanın Ermənistanla sərhədində yerləşir. Dağlıq Qarabağı əhatə edən 7 rayondan biri olan Laçın 28 il öncə, 1992-ci ilin mayında erməni silahlıları tərəfindən işğal olunub.
İşğaldan əvvəl Laçın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olub.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …