Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Bazarda pomidor və xiyarın qiyməti niyə bahadır?-VİDEO

Bazarda pomidor və xiyarın qiyməti niyə bahadır?-VİDEO

Son bir-iki həftə ərzində mövsümün əsas tərəvəzlərindən sayılan pomidor və xiyarın qiymətində bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, hər iki məhsulun qiymətində 40-60 qəpik yüksəlmə var.

Satıcılar qiymət artımını məhsulın qıt olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, ölkədə istehsal edilən məhsulun böyük hissəsi xaricə satılır, yerdə az məhsul qaldığından bahalaşma yaranır.

Bir qrup satıcı isə bahalaşmanı əlverişsiz hava şəraiti və məhsulun sahədə qiymətinin yüksəlməsi ilə izah edib.

Pomidor və xiyarın xüsusilə istixana şəraitində ən çox yetişdirildiyi Şəmkir rayonunda da məhsulun qiymətində bahalaşma var.

Saatlı rayonunda da istixana şəraitinda becərilən bu məhəsul yekunlaşmaq üzrədir.

Düşündürücü məqam odur ki, paytaxt bazarlarında tərəvəzlərdə qiymət artımı sahədəki qiymət artımına adekvat deyil. Məsələn, sahədə qiymət 10-15 qəpik qalxıbsa, Bakıda bu fərq 50-60 qəpiyə qədər hiss edilir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, pomidor və xiyarın qiymətində nəzərə çarpan qiymət artımı ixracın artması ilə bağldır. ”Hazırda bazardakı məhsulların yarısı istixanada yetişdirilir. Açıq sahədə becərilən pomidor və xiyar tam olaraq bazara çıxarılmayıb. Yaxın müddətdə açıq sahədə yetişdirilən məhsul kütləvi şəkildə yığılaraq bazara çıxarıldıqdan sonra qiymət avtomatik olaraq ucuzlaşacaq”,- deyə nazirlikdən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …