Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Baytarlıq Xidməti: İran və İraqdakı “quş qripi”nin Azərbaycana təhlükəsi yoxdur

Baytarlıq Xidməti: İran və İraqdakı “quş qripi”nin Azərbaycana təhlükəsi yoxdur

İran və İraqda “quş qripi”nin geniş yayılmasının Azərbaycana təhlükəsi yoxdur.

Bunu Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Azərbaycan İrandan diri quş, quş əti, yumurta və digər quş məhsullarının idxalını ötən ilin mart ayından qadağan edib: “İraqdakı “quş qripi”nə gəldikdə isə Azərbaycan bu ölkədən quş əti və digər məhsullar idxal etmir”.

Qeyd edək ki, yayılan məlumatlara görə, İranda ötən ilin martından başlyaraq “quş qripi” ilə əlaqədar 21 milyon quş məhv edilib. Məlumata görə, epidemiya ümumilikdə ölkənin 16 regionunu əhatə edib.

İraqda isə “quş qripi” virusunun bu ilin yanvarından yayıldığı bildirilib. Məlumata görə, burada bir ay ərzində 7,2 mindən çox quş xəstəliyin qurbanı olub.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …