Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Bayraq Meydanında İlham Əliyevin şərəfinə yaylım atəşi açıldı

Bayraq Meydanında İlham Əliyevin şərəfinə yaylım atəşi açıldı

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Virtualaz.org-un məlumatına görə, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Ermənilərin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri

Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən …