Ana səhifə / Aktual / “Bayrağımız və himnimizlə bağlı fikirlər səsləndirərkən diqqətli olmaq lazımdır” – Sabiq müdafiə naziri…

“Bayrağımız və himnimizlə bağlı fikirlər səsləndirərkən diqqətli olmaq lazımdır” – Sabiq müdafiə naziri…

“Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərləri tez-tez məzuniyyətə də göndərək”
Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tahir Əliyev 9 noyabr Dövlət Bayraq günündə əsgərlərimizin andiçmə mərasiminin təşkil edilməsinə münasibət bildirərkən deyib. T.Əliyev bildirib ki, bu, xalqımız üçün ikiqat bayramdır:
“Bayrağımızın tarixi çox böyükdür. İlk olaraq bayrağımız Naxçıvan Muxtar Respublikasında təsdiq edildi. Sonra biz onu Milli Məclisdə qəbul etdik. Bu bizim milli atributumuzdur. Bu gün bayrağımızla və himinimizlə bağlı səsləndirilən fikirlərin şahidi oluram. Bunlar çox əzab-əziyyətlə ərsəyə gəlib. Bu məsələlərdə diqqətli olmaq lazımdır.
Bu gün çox sevinirəm ki, bizim ordumuz yaranıb. Ordumuz yox idi, çox çətinlik çəkmişik. Noyabrın 9-da həm Dövlət Bayraq günündə gənc əsgərlərimizin andiçmə mərasiminin keçirilməsi və “Açıq qapı günü” təşkil olunması düşünürəm ki, bizim üçün ikiqat bayramdır. Burda valideynlərimiz də övladlarının hansı şəraitdə xidmət etməsini öz gözləri ilə görmüş olacaqlar. Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərlərimizi tez-tez məzuniyyətə də göndərək. Bu münasibətlə hərbi xidmətdə olan və xüsusən də ön cəbhədə xidmət aparan əsgərlərimizə can sağlığı arzu edirəm. İnanıram ki, güclü ordumuzun sayəsində biz tezliklə işğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyik”.

Həmçinin oxuyun

Bu yazın saç modelləri, geyim, çanta, ayaqqabı, aksessuar dəbi necə olacaq? – Fotolar

Artıq yaz fəslidir və hər bir xanım bu mövsümdə daha dəbli geyinməyi, seçilməyi arzulayır. Bəs …