Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Bayıl sürətlə sürüşür – Abid Şərifov hadisə yerində

Bayıl sürətlə sürüşür – Abid Şərifov hadisə yerində

Baş nazirin müavini Abid Şərifov Bayıl qəsəbəsindəki sürüşmə zonasına gəlib və çat əmələ gələn əraziyə baxış keçirib.

Azinforum.az xəbər verir ki, A.Şərifov sakinlərlə görüşüb, ərazidə aparılan bərkitmə işləri ilşə tanış olub, müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …