Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bayıl sakinlərinin taleyi necə olacaq? – VİDEO

Bayıl sakinlərinin taleyi necə olacaq? – VİDEO

Bayıl yamacında sürüşmə təhlükəsinin artması ciddi narahatlıq doğurur. Ötən gündən başlayaraq sakinlərin köçürülməsinə başlanılıb. Sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən edilib.

80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib, evlərə işıq, qaz və suyun verilməsi dayandırıllıb.

Bayıl yamacında baş verən sürüşmə sakinləri narahat edir. Onları harada yaşayacaqları, gələcək həyatları düşündürür.

Sakinlər evlərinin bərpa olunmasını, ya da normal şəraitə malik təhlükəsiz mənzillərlə təmin olunmalarını istəyirlər.

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətinin məlumatına görə, evlərindən köçürülən sakinlərə kirayə pulu veriləcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …