Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Bayden and içdi – FOTOLAR

Bayden and içdi – FOTOLAR

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden and içərək prezident kimi vəzifəsinin icrasına başlayıb.

Baydenlə yanaşı, ölkənin yeni vitse-prezidenti Kamala Harris də and içib. İnuaqurasiya mərasimi pandemiya qaydalarına uyğun təşkil olunub. Mərasimdə məşhur müğənni Ledi Qaqa Birləşmiş Ştatların himnini ifa edib.

Qeyd edək ki, 78 yaşlı Cozef Bayden ABŞ-ın 46-cı prezidentidir. Donald Tramp inauqurasiyanı gözləmədən Ağ Evi tərk etdiyinə görə hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb.

Tramp ötən il 3 noyabrda keçirilmiş və demokrat Cozef Baydenin qalib gəldiyi seçkilərin nəticələri ilə razılaşmayıb. Buna görə də Baydenin andiçmə mərasiminə qatılmayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …