Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Aktual / Bayden Amerikası bizə nə vəd edir?

Bayden Amerikası bizə nə vəd edir?

Bayden and içdi. Yeni prezidentin ABŞ xarici siyasətinə hansı istiqamətdə yön verəcəyinin konturları müəyyən mənada bəllidir: İrana yumşaq, Rusiya sərt münasibət və s.

Bizim üçün əsas məsələ Bayden Amerikasının Azərbaycanla münasibətləridir.

– Azərbaycana qarşı 907-ci düzəlişin fəal dəstəkçisi idi;
– ABŞ-da erməni diasporuna yaxınlığını gizlətmir;
– Qarabağdakı separatçılara maliyyə dəstəyinin verilməsini dəstəkləyib;
– Hələ and içməmişdi, iki erməniyə Ağ Evdə vəzifə verdi: ermənilər Baydenin gəlişinə sevinirlər;

Bu və digər amillər Bayden Administrasiyası dövründə Bakıya çətinliklərin yaranacağı gözləntisini artırır.

1. ABŞ İrəvanın istədiyi kimi Minsk qrupu formatını diriltməyə çalışacaq;
2. Qarabağın statusu məsələsi üzərindən siyasət yürüdəcək;

Baydenin seçilən kimi Rusiyaya “müharibə elan etməsi”, Türkiyəyə qarşı əvvəldən əks mövqedə olması da qarşıdakı dövrdə Vaşinqtonun Ankara və Moskvanın münaqişənin həllini ikitərəfli həyata keçirməsi reallığını qəbul etməyəcəyini deməyə əsas verir.

Burada iki məqam da yeni dövrdə Vaşinqton-Bakı münasibətlərinə yön verəcək:

1. İranla nüvə anlaşmasına qayıtmaq;
2. Rusiya ilə qarşıdurma xəttini davam etdirmək;

Birinci amil Bakının çəkisini ABŞ üçün azaldır, ikinci artırır, xüsusilə Avropa bazarına çıxan Azərbaycan qazı münasibətlərin müsbət inkişafına təkan verə bilər.

Hərçənd, ümumi tabloda ABŞ-ın dünya üzərindəki həlledici təsirinin azaldığı da artıq reallıqdır. Londondan Pekinə uzanan geosiyasi xətt dünyanın güc balansında tərəzinin gözünə ağırlıq edir və Azərbaycan tərəzinin bu gözündə yer alır. Publika.az

Həmçinin oxuyun

Qarabağı bildik, bəs Bakıdakı “mina”lar? – Azərbaycanın içinə atılmış sosial media “bombaları…”

Qarabağa döşənmiş minaların xəritələrini Ermənistandan tələb edirik,  bəs Azərbaycanın içinə döşənmiş – bu dəfə insanın …