Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Baxımlı serialları çəkən şirkət müflis oldu

Baxımlı serialları çəkən şirkət müflis oldu

Bir çox serialları çəkən məşhur “Endemol Shine Türkiye” iflasa uğrayıb.

Axşam.az-a bildirir ki, iyunun 7-cə “Dayan yüreyim” serialının aktyorları və çəkiliş heyəti prodüser şirkətini boykot etmişdi.

Daha sonra isə Beykozda şirkətin çəkilişlər üçün istifadə etdiyi evin sahibi pulu ödənilmədiyi üçün məhkəmə qərarı ilə “Endemol”un əmlakı müsadirə edilmişdi.

Eyni zamanda başda Erkan Petekkaya olmaqla, “Paramparça” heyəti də pullarını ala bilmədikləri üçün şirkətin Türkiyə ofisi qarşısında aksiya keçirmişdi.

Prodüser şirkəti isə iyulun 4-də müflis olduğunu elan edərək ən qısa zamanda borclarını ödəyəcəyini bildirib.

Qeyd edək ki,”Endemol”un baş ofisi Hollandiyada yerləşir.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın