Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Baxdılar ki, çılğın türklər gəlir, imtina etdilər – Ərdoğan

Baxdılar ki, çılğın türklər gəlir, imtina etdilər – Ərdoğan

İqtidarı 23,5 milyard dollar borcla təhvil aldıq. 2013-cü ilin mayında Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarımızı bitirdik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında deyib.

“BVF bizdən 5 milyard avro borc istədi. Dostlar bu barədə soruşdu, “verin” dedim. Amma düşündülər ki, bu gün borc alan sabah təlimat alar. Baxdılar ki, çılğın türklər gəlir, o borcu almadılar. Biz borcu sıfırlamışıq. Mərkəzi Bankın yüksəlişi davam edir. Valyuta ehtiyatı 100 milyard dollara çatdı. Biz onu 136 milyarda çatdırmağı hədəfləyirik”, – deyə dövlət başçısı bildirib.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …