Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “Başımızı koronavirusla qatıblar – müsəlmanlara qarşı əsl soyqırımı gedir…”-FOTOLAR

“Başımızı koronavirusla qatıblar – müsəlmanlara qarşı əsl soyqırımı gedir…”-FOTOLAR

“Üç müsəlman öldürməli idim. Bunu da etdim…”- deyə vəhşi induist qürurla söyləyir…””O, utanmadan, tərəddüd etmədən, törətdiyi qətllərə görə qanun qarşısında cavab verəcəyini düşünmədən müsəlmanlardan aldığı “qisas”ın təfərrüatlarını nəql edir…”

ƏTRAFLIRaffle Tower “Hinduist Nişant Kumarın üzü gülümsəyir. Mis tava kimi parlayan Yeni Dehli sakini öz “xidmət”lərindən bəhs edir – “kişi” öz əlləri ilə üç müsəlmanı qətlə yetirib…” Moderator.az xəbər verir ki, bu dəhşət saçan sətirlər Hindistanın Scroll.in nəşrinin təqdim etdiyi materialdandır.
“O, utanmadan, tərəddüd etmədən, törətdiyi qətllərə görə qanun qarşısında cavab verəcəyini düşünmədən  müsəlmanlardan aldığı “qisas”ın təfərrüatlarını nəql edir…  Kumarın sözlərinə görə, fevralın 25-də səhər tezdən mətbəx bıçağını metal çubuğun ucuna bağlayıb və evdən çıxıb” –deyə yazının davamında deyilir.  

“İlk qurbanımı səhər saat 10-da yaxaladım. “Məhəmmədi”(müsəlman-S.L.) qaçır, hinduist camaat da onun arxasınca qaçırdı. Hamıdan qabaqda mən yüyürdüm. İlk olaraq müsəlmana çatdım  və çubuğumun ucundakı bıçaqla onun başına vurdum” -deyə Nişant  hekayəsini nəzərə çarpan həvəslə davam etdirir. “Məhəmmədi yıxıldı və camaat onu soldan-sağdan vurmağa başladı…”
“Kumarın sözlərinə görə, həmin gün o, daha iki müsəlmanı  öldürüb – silahı ilə kürəklərini deşib… 

“Üç müsəlman öldürməli idim. Bunu da etdim”- deyə vəhşi induist qürurla söyləyir. “Orada heç bir polis də yox idi. Hətta biz müsəlmanları öldürüb cəsədlərini zibilxanya atdığımız zaman da heç kim gəlmədi…” 
Jurnalistlər Yeni Dehli polisi ilə əlaqə saxlayaraq son həftələrdə qalmaqallı vətəndaşlıq qanununa qarşı kütləvi etirazlar zamanı baş verən müsəlman qətlləri ilə əlaqədar istintaqa dair suallar veriblər.  Lakin təhlükəsizlik rəsmiləri şərh verməkdən imtina ediblər.

P.S. Göründüyü kimi, başımızı bir yandan koronavirusla qatan anti-bəşəri, şeytani, transmilli super güclər müsəlmanlara qarşı əsl soyqırımını daha da vüsətlə davam etdirirlər. Bir yandan Suriyada, Fələstində, Yəməndə, Liviyada və s.  silahlı qarşıdurma və əsl döyüşlərlə, digər yandan isə Hindistanda hinduistləri müsəlmanlara qarşı qaldırmaqla…Tarixdən az-çox məlumatları olanlar yaxşı bilir ki, orta əsrlərdən əsasən Böyük Moğol türk dövlətinin tabeliyində olan və sonradan Osmanlı dövlətinin  də himayə etdiyi Hindistanda dini zəmində qarşıdurmaları ilk dəfə yaradan XVIII- XIX əsrlərdə  Britaniya Krallığı, taxt-tacı olub… Digər regionlara olduğu kimi, buraya da elə bir təfriqə toxumları səpiblər ki…Tac ingiliscə, rusca “korona” deməkdir. Bu gün isə həmin “korona” virusları həm fizioloji, həm də ideoloji-siyasi müstəvidə insanlığa, xüsusən də müsəlmanlığa, türklüyə qarşı yönəlib….

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT