Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Başçı oğlunun təyinatı təkzib edildi – Rəsmi

Başçı oğlunun təyinatı təkzib edildi – Rəsmi

Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Həmin şöbəyə hər hansı təyinat olmayıb”.

Qeyd edək ki, ötən gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin nazir Vilayət Eyvazovun əmri ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat aldığı barədə xəbər yayılmışdı.

vilayet eyvazov

***
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

BakuPost-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

1566802807_dins

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …