Çərşənbə , İyun 3 2020
Ana səhifə / Aktual / Baş redaktor xalqımıza təbrik məktubu ünvanladı

Baş redaktor xalqımıza təbrik məktubu ünvanladı

Əziz həmvətənlər və dünya azərbaycanlıları!

Müqəddəs Ramazan gəlişi ilə yenə də könülləri rifahlandırdı, mərhəmət dünyasınınm qapılarını açdı insanların üzünə. Orucun fəzilətini daddıraraq insanları sağlamlığa, vəhdətə dəvət etdi. Lakin bir çox dünya ölkələrini və Azərbaycanı cənginə alan koronavirus təhlükəsi insanları toplum olaraq iftar süfrələrindən, birgə namazdan məhrum etdi.

Mövcud durumla əlaqədar möhtərəm prezidentimizin təxirəsalınmaz tədbirləri və səyi nəticəsində ölkəmiz başqa ölkələrə nümunə oldu. Vətəndaşlar da qoyulan qaydalara məsuliyyətlə əməl etdilər. Biz də öz növbəmizdə vətəndaş təəssübkeşliyi ilə bütün sosial layihələrdə dövlətin yanında olub, dəstək verməyə çalışdıq. Aztəminatlı ailələri diqqətimizdə saxladıq, oruc tutanların öz evlərində iftar süfrələrinin təşkilinə çalışdıq.

Əziz müsəlman əhli!

Qoy bu Müqəddəs Ramazan bütün müsəlman dünyasına sabitlik və sakitlik, bütün körpələrə, ailələrə səadət, rifah gətirsin. Könülləriniz fərah olsun! Sizlərə möhkəm cansağlığı və problemsiz həyat arzulayıram!

Hörmətlə,

Sizin Ramin Əhmədov,

“Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru,

AAŞ-nın İdarə Heyətinin üzvü

Həmçinin oxuyun

İcra başçılarının YENİ KABUSU… – TƏFTİŞ GƏLİR…

Bu ayın ortalarından demək olar ki, bütün rayon icra hakimiyyətlərində yeni yoxlamaya start veriləcək. Bu …