Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Baş redaktor nüfuzlu “Habertürk”də Xocalı soyqırımından danışdı – VİDEO

Baş redaktor nüfuzlu “Habertürk”də Xocalı soyqırımından danışdı – VİDEO

Xocalı soyqırımı bu il qardaş Türkiyə mətbuatında da geniş işıqlandırılıb.

“Ölkə.Az” xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov nüfuzlu “HaberTürk” kanalında canlı yayıma qoşularaq Xocalı soyqırımı barədə geniş məlumat verib.

Aparıcı Xocalı soyqırımının 26 illiyi barədə qısa məlumat verdi və jurnalist Məmməd Gülməmmədova “Soyuq Müharibə başa çatdıqdan sonra ilk soyqırım kimi Xocalı faciəsi tarix səhifələrində yer alıb. O gecədə nələr baş verdi?”- sualını ünvanladı.

“Bildiyiniz kimi hər il 26 fevral tarixi Azərbaycanda və dünyanın bir çox ölkəsində 1992-ci ilin 26 fevral tarixində Dağlıq Qarabağın Xocalı şəhərində qətlə yetirilən məsum və günahsız insanları xatırlayırıq. Azərbaycanda bu faciə xalqımıza qarşı həyata keçirilən soyqırım kimi tanınır və yad edilir. Bilindiyi kimi, 25-indən 26-ına keçən gecə rus və erməni hərbi birləşmələri Xocalı şəhərini mühasirəyə alıb. Dağlıq Qarabağda isə hadisələr 1988-ci ildən başlayaraq mərhələli şəkildə pisləşməyə doğru gedirdi. 1990-cı ilin sonu, 1991-ci ilin əvvəllərində nəinki Dağlıq Qarabağ, eyni zamanda Ermənistanla sərhəd rayonlarda da erməni silahlıları açıq şəkildə kəndlərə və insanlara hücum edirdilər. Eyni ilin dekabr ayında Xocavənd rayonu Qaradağlar kəndi və Əsgəran rayonu Meşəli kəndində bir çox insan qətlə yetirilib. Amma bu vəhşiliklərin ən böyüyü Xocalıda törədilib”, – deyə baş redaktor cavab verdi.

Aparıcının “Xocalı qətliamı ilə bağlı beynəlxalq ictimaiyyətdə bir fikir formalaşdırıla bilinibmi? Bu mövzuda hansı ölkələr addım atıb, nələr edilməlidir?”-sualına Məmməd Gülməmmədovun cavabı belə oldu:

“Bu mövzuda Azərbaycan və Türkiyə diasporu çiyin-çiyinə, birlikdə addımlayır. Amma hələ bir çox şeyi etməmişik. Çünki dünyanın müsəlman aləminə göstərdiyi münasibətə görə səsimizi istədiyimiz qədər eşitdirə bilməmişik. Xocalıda baş verən soyqırım XXI əsrdə dünyada baş verən ən dəhşətli soyqırımlardan biridir. Hazırda İŞİD terror qruplaşmasının Suriyada törətdiyi qətliamların yanında Xocalı soyqırımı daha faciəlidir. Çünki erməni və rus silahlıları əliyalın mülki əhalinin evini mühasirəyə alıb, qətlə yetirib. Amma bu qətlə yetirmək silahdan atəş açaraq baş verməyib. Xocalı sakinləri üzərində iyrənc və vəhşi zorakılıq törədilib. Bütün bunları dünyaya çatdırmaq üçün kifayət qədər foto, video və sənəd olduğu halda, dünyanın bir çox ölkəsi hadisəyə soyuq yanaşır. Bu isə erməni lobbisi və xristian dünyasının müsəlman aləmini təcrid etmə siyasətindən qaynaqlanır. Statistik məlumatlara gəlincə, 63 uşaq, 160 qadın, 70 yaşlı olmaqla birlikdə 613 nəfər qətlə yetirilib. Onların arasında 8 ailə tamamilə məhv edilib. 487 nəfər şikəst qalıb. 1275 nəfər əsir düşüb. Hadisələrdən 26 il ötsə də, 150 nəfərin taleyi barədə məlumat yoxdur. O dövrdə texnologiya indiki kimi inkişaf etmədiyi üçün rəqəmlərin daha çox olduğunu düşünürəm. Belə bir insanlıq faciəsi XXI əsrin adına ləkədir. Dünya ölkələri və dünya ictimaiyyətinin buna soyuq yanaşması da bəşəri cinayəti alqışlamaq kimi qəbul edilir. Ümid edirik ki, biz də haq səsimizi eşitdirəcəyik və bu cinayəti törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəkdir”.

 

Aparıcı Türkiyənin də məsələ ilə bağlı Azərbaycana dəstək verdiyini, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının da Xocalı faciəsi ilə bağlı açıqlama verdiyini bildirdi. Aparıcı Məmməd Gülməmmədova məlumatlara görə təşəkkür edərək Xocalı faciəsində həlak olanlara rəhmət dilədi.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …