Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Baş redaktor DYP ilə bağlı ittihamları təkzib etdi: “Mən orda olmamışam”

Baş redaktor DYP ilə bağlı ittihamları təkzib etdi: “Mən orda olmamışam”

Tapdıq Abbas: “Səhifənin adminini mənim adımdan yalan yazdığı üçün işdən çıxartdım”

Bu gün “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın adından bəzi Kütləvi İnformasiya Vasitələrində yol polisinin ünvanına ittiham dolu məlumat yayılıb. Məlumatda bildirilir ki, guya Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsində olub və orda pul müqabilində öz işçisinə sürücülük vəsiqəsi alıb. Eyni zamanda Tapdıq Abbasın adından Yol Polisi rəhbərliyinin ünvanına ittihamlar səslənin. Lakin Tapdıq Abbas Avtosfer.az portalına açıqlamasında bildirib ki, Facebook profilində yayılan informasiya onun mövqeyi deyil. “Mənim səhifəmi işlədən admin var. O, səhvən bu informasiyanı mənim adımdan yazıb. Xəbər tutan kimi dərhal çıxarmasını bildirdim. Eyni zamanda bu barədə xəbər yazan saytlara da informasiyanın mənim mövqeyim olmadığını dedim. Mən Yol Polisi İdarəsində olmamışam. Belə bir hal da baş verməyib. Yenə deyirəm, adminin səhvi olub. Ona görə də onu işdən azad da etmişəm.”

Həmçinin oxuyun

Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı …