Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Baş prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi açdı

Baş prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi açdı

Baş Prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub, Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb. 

Baş prokurorluğun məlumatında qeyd olunur ki, təxribat nəticəsində 7 nəfər Azərbaycan hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb. Bu faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.

“Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübütların toplanılması həyata keçirilir”, – məlumatda qeyd edilib.

Həmçinin oxuyun

“Omicron” Azərbaycanda aşkarlanıb?

Azərbaycanda “Omicron” ştammı aşkarlanmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin …