Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Baş prokuror tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı

Baş prokuror tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı

“Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı ictimaiyyətə ətraflı məlumat verilib: “İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəziləri yerinə yetirəcək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …