Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Baş nazirin birinci müavininə yeni vəzifə verildi – Sərəncam

Baş nazirin birinci müavininə yeni vəzifə verildi – Sərəncam

Prezident İlham Əliyev “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 
Mia.az bildirir ki, sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …