Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Baş nazirdən daha bir qərar – Bu qaydalara dəyişiklik edildi

Baş nazirdən daha bir qərar – Bu qaydalara dəyişiklik edildi

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydalarına dəyişiklik edilib.
Mia.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, qaydalara əlavə edilir: “Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …