Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı

Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı

Ümumtəhsil məktəbində tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin  Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

İndiyə qədər yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.

Bu qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatıb. Dərs ili iki yarımilə bölünüb:

– birinci yarımil – 15 sentyabr – 26 yanvar;

– ikinci yarımil – 1 fevral – 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

– gün payız tətili (16-20 noyabr);

-5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb və mayın 31-də başa çatıb.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünüb:

– I yarım il: 1 oktyabr – 26 yanvar;

– II yarım il: 1 fevral – 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar);

– 5 gün əlavə tətil (1-5 may).

Qərara əsasən, bu müddəalar da Ümumtəhsil məktəbinin  Nümunəvi Nizamnaməsindən çıxarılıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …