Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Moskvadakı görüşü barədə Ermənistan mediasının yazdıqlarının icmalını təqdim edirik:
Tərəflər aşağıdakı ekspert alt qruplarının yaradılması barədə razılığa gəldilər:
● Dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalar üçün;
● Təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri barədə.
Tərəflər mütəxəssis alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar. Musavat.com