Ana səhifə / Aktual / Baş Nazir ilk dəfə hesabat verəcək

Baş Nazir ilk dəfə hesabat verəcək

Bu gün Milli Məclisdə “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir. 

Qeyd edək ki, parlamentdə büdcə müzakirələri 3 gün davam edəcək. 

***

Spiker Oqtay Əsədov bildirib ki, ölkədə bütün makroiqtisadi göstəricilərədə artım müşahidə olunur: “Bu gün genişmiqyaslı struktur islahatları aparılır və yeni yanaşmalar tətbiq edilir. Bu il ÜDM-nın iqtisadiyyatda çəkisi 2,5 faiz təşkil edib. Qeyri-neft sektorunun sürətlə artımı baş verir. Ölkənin valyuta ehtiyatı 48,5 milyard dollar təşkil edib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb. Gələn il cari xərclərin həcmi 40 faiz artacaq. 2020- ci ilin dövlət büdcəsi də sosialyönümlü büdcə olacaq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …