Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Baş nazir, DTX rəisi, prezident köməkçisi, nazirlər… – Məmurlar belə səs verdilər (Fotolar)

Baş nazir, DTX rəisi, prezident köməkçisi, nazirlər… – Məmurlar belə səs verdilər (Fotolar)

Baş nazir Artur Rəsizadə prezident seçkilərində səsvermədə iştirak edib.

Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verib.
O, 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevxanımı ilə sözügedən seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.
Azinforum.az report-a istinadən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Energetika naziri Pərviz Şahbazov səs verib. O, 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Həmçinin oxuyun

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək – XƏRİTƏ

Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhməramlı missiya ilə paralel olaraq polis funksiyasını da yerinə yetirməyi …