Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Baş nazir Avropaya axın edənləri “müsəlman qəsbkarları” adlandırdı

Baş nazir Avropaya axın edənləri “müsəlman qəsbkarları” adlandırdı

Macarıstanın baş naziri Viktor Orban Avropaya axın edən miqrantları “müsəlman qəsbkarları” adlandırıb.

Virtualaz.org xəbər verir ki, Orbanın bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

“Mənim ölkəm Avropa İttifaqının israrlarına və hiddətinə baxmayaraq bu qəsbkarları qəbul etməyəcək”-Orban bildirib.

“Biz bu adamları müsəlman qaçqınlar hesab etmirik. Biz onları müsəlman qəsbkarları sayırıq. Qaçqınlar daha yaxşı həyat axtaran iqtisadi miqrantlardır”-Macarıstan baş naziri əlavə edib.

Baş nazirin fikrincə müsəlman “qəbsbkarlar” təhlükəlidir, çünki Avropada böyük sayda müsəlman paralel cəmiyyətlərin yaranmasına gətirib çıxaracaq. “Biz bunu istəmirik. Mənim fikrimcə multikulturalizm sadəcə olaraq illüziyadır”-Orban müsahibə zamanı bildirib.

2015-ci ilin payızında Avropa İttifaqının rəhbərliyi üzv ölkələrdə 160 min miqrantın yerləşdirilməsi barədə qərar çıxarıb, qərara əsasən miqrantlar proporsional qaydada bölüşdürülməli idi. Lakin Macarıstan, Polşa, Slovakiya, Macarıstan, Slovakiya və Çexiya onlara ayrılan miqrant kvotasından imtina edib.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …