Bazar , Sentyabr 19 2021
Ana səhifə / Aktual / Baş infeksionist Azərbaycanda koronavirusun 4-cü alovlanmasının başladığını deyir

Baş infeksionist Azərbaycanda koronavirusun 4-cü alovlanmasının başladığını deyir

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Azərbaycanda son günlər koronavirusa yoluxmanın kəskin artmasını şərh edib. Və bunun “4-cü dalğa alovlanma” bildirib.

“Biz bunu dalğa yox, infeksiyanın alovlanması kimi qeyd edirik. Pandemiyanın əvvəlindən saysaq, xəstəliyin bu dövrünü 4-cü alovlanma adlandırmaq olar. Ancaq daha düzgün olar ki, bunu sayla yox, növbəti alovlanma kimi adlandıraq”,-T.Eyvazov “Report” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, virusa yoluxanlar arasında ağırlaşmalar adətən yaşlı və müxtəlif ağır xroniki xəstəliyi olan insanlarda müşahidə olunur. Qeyd olunan səbəblərdən həmin şəxslərin immun sistemində müəyyən çatışmazlıqlar əmələ gəlir. “Bu, o demək deyil ki, gənclərdə xəstəlik həmişə yüngül keçir. Cavanlar arasında da az da olsa, müəyyən qədər ağırlaşmalar olur”,-Eyvazov deyib.

Baş infeksionist bildirib ki, xəstəliyi bir dəfə keçirib təkrar yoluxanların sayı çox azdır. “Əldə olunan məlumatlara görə belə halların sayı 1 faizdən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var”,-o deyib.

Mütəxəssis onu da bildirib ki, Azərbaycanda hələ tam peyvənd olunduqdan sonra xəstələnərək ölən şəxslər yoxdur. Çünki peyvənd xəstəliyin ağır formalarının inkişafının qarşısını alır. 

Həmçinin oxuyun

Qondarma rejimin “bayrağı”nı silən polis kimdir? — FOTOLAR

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada …