Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Baş həkim tualetin videosunu çəkən şəxsi polisə verdi

Baş həkim tualetin videosunu çəkən şəxsi polisə verdi

Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.

Videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.

DİN Mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı Yevlax Rayon Xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub: “Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …