Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Baş Gömrük İdarəsi ilə bağlı iddialara – Cavab

Baş Gömrük İdarəsi ilə bağlı iddialara – Cavab

Dövlət Gömrük Komitəsi bir sıra Kütləvi İnformasiya Vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara maneələr yaratması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edib:

“Qeyd edək ki, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.

Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …