Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Baş direktor: “İTV-də kadr islahatları olacaq, tamaşaçı yeniliyi hiss edəcək”

Baş direktor: “İTV-də kadr islahatları olacaq, tamaşaçı yeniliyi hiss edəcək”

“Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

“Report”un xəbərinə görə, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib.

Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: “Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək”.

O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: “Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …