Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Barış pınarı”: 15 kənd terrorçulardan azad edilib

“Barış pınarı”: 15 kənd terrorçulardan azad edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” əməliyyatı uğurla davam edir.

Antiterror əməliyyatının ilk üç günündə 342 terrorçu zərərsizləşdirilib, 15 kənd terrorçulardan azad edilib.Terrorçuların nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərin ikisi həyatını itirib.

Bundan əlavə, üç gündə terrorçular tərəfindən dinc əhaliyə qarşı hücumlarda 7 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Azvision.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …