Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “Banklarda 4 milyonum batdı” – Əməkdar artist

“Banklarda 4 milyonum batdı” – Əməkdar artist

Əməkdar artist Zöhrə Abdullayeva toy qiymətləri ilə bağlı danışıb.

Əməkdar artist Qafqazinfo-ya müsabihəsində 15 min manata heç vaxt toylara getmədiyini bildirib:

İndi şərait başqadır. Şadlıq evlərində oxuyuram. Toy sahibini yüksək qiymətə məni çağırmalarına məcbur edə bilmərəm. Oliqarxlar 12-15 minə müğənniləri toya çağırırlar . Oliqarxın övladı öz toyuna filankəsin gəlməyini istəyir. Əvvəl elə deyildi. Valideyn toya müğənnini çağırırdı, övlad da razı olurdu. İmkanları var, verir. İndi şorla yağın qiyməti səhv düşüb. Şora yağın, yağa şorun qiymətini verirlər. Mən heç vaxt 15 min manata toyda oxumamışam. Vaxtıyla çox qazanmışıq. Ancaq vəziyyət çətin idi. Ev və maşın almaq problemli idi. Özümüzə gələndə isə pullarımız banklarda yoxa çıxdı, 4 milyonum batdı“.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın