Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / “Bank VTB”-nin prezidenti-idarə heyətinin sədri Davosda İlham Əliyevlə görüşdü

“Bank VTB”-nin prezidenti-idarə heyətinin sədri Davosda İlham Əliyevlə görüşdü

“Bank VTB (Azərbaycan)” bankı bu ilin birinci rübündə kapitalını 265 milyon manat məbləğində artırmağı planlaşdırır.
Azinforum.az ölkə.az-a istinadən xəbər verir ki, bu vədi bankın prezidenti-idarə heyətinin sədri Andrey Kostin dünən Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.
Görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin Azərbaycan Prezidentinə bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırılması planlarından danışıb.
Qeyd edək ki, bankın ötən ilin oktyabr ayına (bankın üçüncü rübün yekunlarına) olan kapital göstəricisi 37 milyon 860 min manat olub. Bu isə bank qanunvericiliyində nəzərdə tutulan tələbdən 12 milyon 140 min manat azdır.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …