Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Bank sədri Virtualaz.org-un yazısını təkzib etdi: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

Bank sədri Virtualaz.org-un yazısını təkzib etdi: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

Mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətaccçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
Sədr qeyd edib ki, “Günay Bank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:
“Mən təminat verirəm ki, 26 il ərzində “Günay Bank”dan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq. “Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur”.
M.Məmmədov qeyd edib ki, Emin Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub:
“Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdır”.
Qeyd edək ki, “GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı” başlıqlı xəbər virtualaz.org saytında yayımlanıb.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …