Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Balaca bir budağı qıranda adamın anasını ağladırlar – DEPUTAT

Balaca bir budağı qıranda adamın anasını ağladırlar – DEPUTAT

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

Məlum oldu ki, qanunsuz parklanma yeri Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yeri sökülüb, piyada səkisi əvvəlki vəziyyətinə gətirilib.

Piyada səkisi bərpa oluna bilər, bəs kəsilən ağaclar? Şəhərin mərkəzində ağaclar kəsilən zaman aidiyyəti qurumlar niyə reaksiya verməyib?
Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Bakupost.az -a danışıb.
Millət vəkili qurumların problemə laqeydliyinə diqqət çəkib:

“Qurumlar öz vəzifələrinə, icra etdikləri işə laqeyd yanaşırlar. Onlar cəzalandırılmalıdırlar. Ola bilər ki, bu parkinq yerini salanda kimdənsə icazə alıblar.

Balaca bir ağac budağı qıranda adamın anasını ağladırlar. Bunlar yəqin böyük adamlardırlar, şəxsi maşınları üçün yer düzəldiblər. Məsələ ilə bağlı onlara cinayət işi qaldırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi faktına görə şikayət etməlidir. Ondan sonra cəza verən olsa, cəzalarını alarlar”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …