Ana səhifə / Aktual / Bal yarmarkasında vətəndaşın ötən il yararsız hesab edilən balı bu il yararlı sayıldı…- Ekspertdən ilginc açıqlama…

Bal yarmarkasında vətəndaşın ötən il yararsız hesab edilən balı bu il yararlı sayıldı…- Ekspertdən ilginc açıqlama…

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a bildirib ki, quruma bal yarmarkasına buraxılmayan vətəndaşın şikayət ərizəsi daxil olub. E.Hüseynov redaksiyamıza vətəndaşın şikayət ərizəsinin fotosunu da təqdim edib. Bildirib ki, bu istiqamətdə araşdırma aparır:
“Bal yarmarkasına buraxılmayan vətəndaşın bizim quruma şikayət ərizəsi daxil olub. Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Əsgərov Bəndər Kazım oğlu ərizəsində bildirir ki, ötən il laboratoriyada saxta hesab etdiyi balını bu il yararlı sayıblar, amma bu il gətirdiyi balı saxta hesab olunub. 
B.Əsgərovun ərizəsində yazdıqlarını sizə təqdim edirik:
“Sizə bildirirəm ki, 30 ildir arıçılıqla məşğulam. Həmişə də bal yarmarkasında iştirak edirəm. Hazır məhsullar hər il 250-300 kiloqram olur. 2018-ci ildə yarmarkaya gətirdiyim balın 50 kiloqramının yararsız olduğuu deyib geri qaytardılar. Həmin balı bu il yenidən yarmarkaya gətirdim və qəbul edib yararlı olduğunu bildirdilər. Bu cür ekspertiza məndə şübhə doğurur və haqsızlıqdır. Necə olur il ötən il yararsız dedikləri bal, bu il yararlı olur. Bu ilki balımın isə hamısı yararsız hesab edildi. Nə üçün bu məsələdə subyetktivlik və ayrı amillər yoxdur. Məhsul qəbul olunmur və yazılı sənəd vermirlər ki, biz də lazımi hüquqi addımlar ataq. Qeyd edim ki, ekspertiza üçün hər bidona 5 AZN nəğd pul ödəyirəm. Bu il 40 AZN ödəmişəm. Ödənilən pula görə isə mənə heç bir sənəd verilməyib. Məndə olan məlumata görə bu işlərə Qalib Əbdüləliyev rəhbərlik edir. 
Xahiş edirəm ki, hökumət səviyyəsində təşkil olunan bal yarmarkasındakı bu haqsızlıqlara ictimai baxış təşkil edəsiniz. Mənə qarşı edilən haqsızlığın qarşısı alınsın və istehsal etiyim bal yarmarkaya buraxılsın. Bu barədə dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilsin”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …