Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Aktual / “Baku Oil Service” şirkətinin binasında yanğın

“Baku Oil Service” şirkətinin binasında yanğın

Səbail rayonunda yanğın hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, hadisə Bakı-Salyan şossesində yerləşən “Baku Oil Service” şirkətinin binasında qeydə alınıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə barədə FHN-ə məlumat veriblər. Yanğın güclü olduğundan əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 11 briqadası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binanın 1-ci və 2-ci mərtəbələrinin yanar konstruksiyaları yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu arada yanğınla bağlı FHN də məlumat yayıb. Məlumatda deyilir: “Bakı şəhəri, Səbail rayonunda “Baku Oil Services” (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Hadisənin təfərrüatı araşdırılır.

Həmçinin oxuyun

General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb

“General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb”. Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi …