Şənbə , Dekabr 5 2020
Ana səhifə / BAKU MEDICAL PLAZADA OĞURLUQ 

BAKU MEDICAL PLAZADA OĞURLUQ 

Bakıda məşhur klinikada oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Aynur Daşdan 102 xidmətinə müraciət edərək klinikada pul qabısının oğurlandığını bildirib.
A.Daşdan hadisə haqda polisə müraciətində bildirib ki, Rəşid Behbudov küçəsində yerləşən Baku Medical Plazanın sanitar qovşağında içərisində 150 manat, 100 ABŞ dolları, 20 türk lirəsi, şəxsiyyət vəsiqəsi və bank kartları olan pul qabısı yadından çıxıb qalıb. On dəqiqə sonra həmin yerə qayıdan qadın pul qabısını tapa bilməyib və oğurluq haqda polisə məlumat verib.

 

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə …

Bir cavab yazın