Cümə axşamı , May 23 2019
Ana səhifə / Aktual / “Baku Clinik”də nə baş verir? – baş həkim niyə işə çıxmır…

“Baku Clinik”də nə baş verir? – baş həkim niyə işə çıxmır…

Azərbaycanın tanınmış özəl tibb ocaqlarından sayılan “Baku Clink”də ciddi kadr dəyişikliyi baş verib. Bu barədə Azinforum.az-a klinikada çalışan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, “Baku Clink” in baş həkimi Quliyeva Munisə bir neçə gündür işə çıxmır: “Onun bəzi nöqsanlara görə tutduğu vəzifədən azad  edildiyi bildirilir. Xüsusilə də, estetik cərrahiyə ilə bağlı həyata keçirilən uğursuz əməliyyatlardan daha çox narazılığın olduğu söylənilir”.

Mənbənin sözlərinə görə, bu sahədən olan şikayətlərin çoxu yenicə klinikaya işə qəbul edilən estetik cərrah Şahin Əskərovla bağlıdır: “Şahin Əskərov bir çox başqa klinikalarada işləyib. Rəhbərliyin apardığı araşdırmalardan sonra bəlli olub ki,  Şahin Əskərovu işə məhz Munisə xanım heç kimlə razılaşdırmadan qəbul edib. Baş həkimdən olan narazılığın kökündə bu amilin də durduğu bildirilir”.

Azinforum.az olaraq, sözügedən klinika ilə əlaqə saxladıq. 465-06-06 nömrəsinə cavab verən xanım əməkdaş Munisə xanımın hazırda iş başında olmadığını təsdiqlədi: “Baş həkim işdən çıxarılmayıb. Məzuniyyətdədi. Yaxın vaxtlarda işə çıxacaq”.

Onu da vurğulamaq olar ki, Azərbaycan praktikasında bir çox mühüm dəyişikliklər məhz məzuniyyət adı ilə baş verir.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

Yazıda adı çəkilən həkim Şahin Əskərov Azinforum.az-la əlaqə saxlayıb barəsində yazılanlarla razılaşmadığını bildirdi. Həkimin sözlərinə görə, Munisə xanımın istefası ilə onun adı arasında heç bir bağlılıq yoxdu: “Mən Azərbaycanın tanınmış estetik cərrahlarındanam. İşlədiyim yerlərdən də normal şəkildə ayrılmışam.  Mənimlə bağlı narazılıq olsaydı, yəqin ki, klinikadan başqa adamı deyil, məni çıxarardılar. İşimdəyəm və bu klinikada mənə yaradılan şəraitdən tam razıyam. Bir azdan da əməliyyata girəcəm”.

Qeyd edək ki, Azinforum.az-ın baş həkimin istefaya göndərilməsilə bağlı yaydığı məlumatı  klinikanın direktoru Sona xanım da təsdiqləyib. O da, bu istefanın cərrah Şahin Əskərovla əlaqəsinin olmadığını bildirib.

Azinforum.az

Həmçinin oxuyun

Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər. “Qafqazinfo” …

Bir cavab yazın