Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Baku Clinik” də nə baş verir? – işdən  qalmaqalla çıxarılan baş həkim yenidən postuna qayıtdı

“Baku Clinik” də nə baş verir? – işdən  qalmaqalla çıxarılan baş həkim yenidən postuna qayıtdı

Azinforum.az saytı olaraq, bu ilin iyul ayında Azərbaycanın tanınmış özəl tibb ocaqlarından sayılan “Baku Clink”də ciddi kadr dəyişikliyi baş verməsi haqda yazmışdıq. Blidirmişdik ki, sözügedən klinikanın baş həkimi Munisə Quliyeva gözlənilmədən vəzifəsindən azad olunub. Həmin vaxt “Baku Clink”dən informasiyanın doğruluğunu təsdiqləmişdilər. Məlumatda o da vurğalınırdı ki,  baş həkimin vəzifəsindən azad edilməsində səbəblərdən biri də klinikadakı estetik cərrahiyə sahəsində baş verən əmliyyatlarla bağlı edilən şikayətlər də olmuşdu. Xüsusilə də həmin xüsusda cərrah Şahin Əskərovun adı hallanırdı. Şahin Əskərov redaksiyamızla əlaqə yaradaraq bildirmişdi ki, Munisə xanımın istefası ilə onun adı arasında heç bir bağlılıq yoxdu:

“Mən Azərbaycanın tanınmış estetik cərrahlarındanam. İşlədiyim yerlərdən də normal şəkildə ayrılmışam. Mənimlə bağlı narazılıq olsaydı, yəqin ki, klinikadan başqa adamı deyil, məni çıxarardılar. İşimdəyəm və bu klinikada mənə yaradılan şəraitdən tam razıyam. Bir azdan da əməliyyata girəcəm”.

Bu gün aldığımız dəqiq məlumata görə, Munisə Quliyeva yenidən “Baku Clinik”dəki postuna qaytarılıb. Maraqlıdır ki, o, baş həkim təyin olunandan sonra, cərrah Şahin Əskərovun  xəstəxana ilə əməkdaşlığa son qoyduğu bildirilir. 

Məsələni dəqiqləşdirmək üçün  “Baku Clinik”lə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

 

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın