Cümə , Noyabr 22 2019
Ana səhifə / Aktual / “Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” – Video

“Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII iclasında iştirak etmək üçün Bakıya gəlməzdən öncə Atatürk Hava limanında mətbuat konfransı keçirib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan təxminən 15 dəqiqə davam edən tədbirdə bildirib ki, 14-15 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

“Əziz qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə 14-15 oktyabr 2019-cu il tarixlərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvəsinə qatılmaq üçün bir azdan Bakıya hərəkət edəcəyik. Səfərimdə məni nazirlər və müxtəlif qurum təmsilçilərindən ibarət geniş nümayəndə heyəti müşahidə edəcək. Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə bir araya gələcəyik. Daha sonra Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) tərəfindən təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıdakı iclasında xaricdə yaşayan iş adamlarımızla görüşəcəyik.

Bu sammit bir çox baxımdan tarixə düşəcək. Zirvə Türkiyə- Azərbaycan- Qazaxıstan- Qırğızıstan tərəfindən 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan razılaşmasının 10-cu ildönümünə həsr olunub. Bakı iclasında Özbəkistanın da tam üzv olaraq aramıza qatılmağının şahidi olacağıq. Şuramız bununla daha da güclənmiş olacaq”, -deyə Ərdoğan vurğulayıb.

Prezident jurnalistlərin Türkiyənin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Hərəkatı” və bu əməliyyatla əlaqədar digər dövlətlərin təzyiqlərindən də bəhs edib. O, daha sonra Bakıya yola düşüb. 

Həmçinin oxuyun

BDU ölən tələbə ilə bağlı başsağlığı verdi

Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib. …